Bakıda böyük söküntü işləri başladı - Ünvanlar

31 May 07:50 Gündəm 868
Bakıda böyük söküntü işləri başladı - Ünvanlar

Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

Bir müddət əvvəl də Bakının mərkəzində yeni söküntü başlayacağı və yerində park salınacağı ilə bağlı məlumat vermişdik.

Digər Xəbərlər
Xəbər Lenti