“Neftçi”nin sabiq baş məşqçisi Premyer Liqaya dönür?

30 May 09:00 Gündəm 1 915
“Neftçi”nin sabiq baş məşqçisi Premyer Liqaya dönür?

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri qısa çəkəcək.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis iki ölkədən təklif alıb.

Bugünlərdə LNZ-dən istefaya göndərilən Qriqorçukun yenidən Ukrayna və Azərbaycandan təklif aldığı iddia olunub.

Onunla maraqlanan Azərbaycan təmsilçisinin adı açıqlanmasa da, Qriqorçukun ölkəsində “Rux”un sükanı arxasına keçmək ehtimalı daha real görünür.

Çünki baş məşqçisi Vitali Ponomaryovla yollarını ayıran Lvov komandasının boş qalan postuna ən real namizədi məhz Qriqorçukdur.

Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni, 2024-cü ildə isə “Neftçi”ni çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO