
Bu gün saat 17.00-da “ASK Arena”da futbolun bütün iştirakçıları arasında “Fair-play matçı” baş tutacaq.
Sportinfo.az xəbər verir ki, burada futbol oynayan hər bir şəxs yer alacaq.
Peşəkar, veteran, həvəskar, hakimlər, qadınlar və əlil futbolçulardan ibarət qarışıq heyətlərin iştirak etdiyi oyunun əsas məqsədi “futbolun hamı üçün” və “futbolda ədalətli oyun” mesajlarını verməkdir.
Bu görüş həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən “Beynəlxalq Ədalətli Oyun Günü”nə həsr edilir.
Matç “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi”PFK-nın dəstəyi və tərəfdaşlığı ilə keçirilir.
Tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi “Tofiq Bəhramov – 100” Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində təşkil olunur.