Bu ölkədə oynayan həmyerlimiz klubundan ayrıldı

26 May 2025 00:40 Gündəm 995
Bu ölkədə oynayan həmyerlimiz 
klubundan ayrıldı

Azərbaycanlı futbolçu Məmməd Quliyev klubsuz qalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü məlumat verib.

O, "Muanq Loei"də qalası olmayıb. Həmyerlimiz müqaviləsi başa çatdığından Asiya təmsilçisinin düşərgəsini tərk edib.

Quliyevin Taylandın 1-ci və 2-ci liqa klublarından təklif aldığı, yaxın vaxtlarda da müqavilə imzalayacağı gözlənilir.

29 yaşlı futbolçu “Rəvan”, “Keşlə”, “Şüvəlan”, “Kampaenqpet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “İnter Banqkok”(hamısı Tayland) klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı