
Xəbər verdiyimiz kimi, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata, digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.
Bu qərar ölkəmizdə benzin və dizel qiymətlərinə təsir edəcəkmi?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirildiyi üçün aksiz yaxud rüsum dəyişikliyi birbaşa qiymətlərə təsir etmir:
"Son zamanlarda ölkəmiz benzin, dizel və digər yanacaq növlərini daha çox xaricdən alır. Alınan yanacaq növlərinin qiymətində bahalaşma olmasın, şirkətlərə ağır yük düşməsin deyə hökümət belə bir qərar alıb".