Azərbaycanın bu şəhərində tikintisi davam edən stadionunun son vəziyyəti necədir? - VİDEO

13:20 Gündəm 401
Azərbaycanın bu şəhərində tikintisi davam edən stadionunun son vəziyyəti necədir? - VİDEO

Gəncə şəhər stadionunda ötən ilin aprelindən başlanılan təmir-tinkinti işləri sürətlə davam edir.

Sportinfo.az xəbər verir ki, arenada betonlama prosesinin əsas mərhələsi başa çatıb.

Hazırda dam örtüyünün quraşdırılması və otaqların tikintisi aparılır. Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Gəncə şəhər stadionunu 15 min 464 nəfərlik tamaşaçı tutumuna malik olacaq. Burada əvvəlcə III MDB Oyunları keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri məhz sözügedən arenada baş tutacaq.

MDB oyunlarından sonra, təqribən noyabrda stadion doğma "Kəpəz" klubunun ixtiyarına veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion