Vitse-prezident hesabat verəcək və vəzifəsindən ayrılacaq

3 Yanvar 2025 02:10 Gündəm 1 944
Vitse-prezident hesabat verəcək və vəzifəsindən ayrılacaq

Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.

Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.

73 yaşında təqaüdə çıxacaq Hüseynzadənin yerinə MOK baş katibi Azər Əliyevin seçiləcəyi ehtimal edilir.

Həmçinin, MOK-un İdman şöbəsinin müdiri Həsənağa Rzayevin də postundan ayrılacağı gözlənilir.

MOK-un Baş Məclisində də bəzi dəyişikliklər olacaq.

Çingiz Hüseynzadə 1997-ci ilin iyulun 31-dən MOK-un vitse-prezidenti seçilib.

MOK-un prezidenti ölkə başçısı İlham Əliyevdir.

Bir eranın sonu: Çingiz Hüseynzadə vəzifəsindən ayrılır

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı