Üç ildir işsiz olan Zidan indi də təklif gözləyir

29 Dekabr 2024 17:20 Gündəm 786
Üç ildir işsiz olan Zidan indi də təklif gözləyir

“Real”ın keçmiş çalışdırıcısı Zinəddin Zidan hələ də məşqçiliyə qayıtmağa ümid edir.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis uyğun təklif gözləməyə davam edir.

O, reputasiyasına uyğun gələn iddialı bir layihəni qəbul etməyə hazırdır.

Əvvəllər Zidanın yalnız iki vakant məşqçi vəzifəsi ilə maraqlandığı bildirilirdi.

O, “Real”ı və ya Fransa millisini çalışdırmaqda maraqlı idi. Ancaq indi bu yerlərin yaxın gələcəkdə vakant olması ehtimalı azdır.

52 yaşlı Zidan hazırda Madriddə yaşayır. O, 2021-ci ilin yayında “Real”dan ayrılıb və həmin vaxtdan işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı