Kadı bu paylaşımla Azərbaycana dəstək verdi - FOTO

27 Dekabr 2024 01:10 Gündəm 1 521
Kadı bu paylaşımla Azərbaycana dəstək verdi - FOTO

"Qarabağ"ın sabiq legioneri Kadi Borges Malinovski dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan dəhşətli təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı vinger sosial şəbəkə hesablarında faciə ilə əlaqədar post paylaşaraq kədərimizi bölüşüb.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

"Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.

Sağ qalan 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır, onlardan 23-ü həlak olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı