Millinin sabiq baş məşqçisi AFFA-dan kömək istədi – Mənə iş verin!

25 Dekabr 2024 19:40 Gündəm 5 183
Millinin sabiq baş məşqçisi AFFA-dan kömək istədi – Mənə iş verin!

Millinin sabiq baş məşqçisi Əsgər Abdullayev AFFA rəhbərliyinə müraciət edib.

O, federasiyadan iş istəyib.

Vaxtilə «Neftçi» və «Bakı» da daxil olmaqla, müxtəlif iddialı klubları çalışdırmış mütəxəssis yenidən Məşqçilər Komitəsində çalışmaq niyyətindədir.

Abdullayev ötən mövsüm I Liqada fəaliyyət göstərib. «İmişli»nin sükanı arxasında əyləşmiş məşqçi komandanı Premyer Liqaya apara bilməyincə, vəzifəsindən ayrılmaq məcburiyyətində qalıb.

Sözügedən mütəxəssis aran klubuna getməmişdən öncə də Məşqçilər Komitəsinin üzvü olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti