Pensiya, müavinət və təqaüd alanlara XOŞ XƏBƏR verildi

24 Dekabr 2024 07:30 Gündəm 12 275
Pensiya, müavinət və təqaüd alanlara XOŞ XƏBƏR verildi

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğləri də artırılacaq.

Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, hazırda minimum pensiya məbləği 280 manatdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı