Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılır - MÜJDƏ VERİLDİ

19 Noyabr 2024 08:10 Gündəm 691
Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılır - MÜJDƏ VERİLDİ

“Dövlət büdcəsindən 8 milyard 396 milyon manat müdafiə və təhlükəsizlik xərclərinə ayrılıb”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb.

Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinət xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Bir sıra təqaüdlərin verilməsi üçün 1 943 milyon manat xərclər proqnozlaşdırılır”, - deyə nazir əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı