Orxan Məmmədov təbrik etdi: "Biz Avropa çempionu olmaqdan qürur duyuruq!"

9 Sentyabr 2024 12:40 Gündəm 615
Orxan Məmmədov təbrik etdi: "Biz Avropa çempionu olmaqdan qürur duyuruq!"

"Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər"

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasının qalibi olması ilə bağlı şəxsi "X" hesabında yazıb.

"Avropa çempionları! "‘Birbaşa Bakı" komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu.

Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər.

Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!", - deyə AMF rəhbəri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM