Bu gün metro saat 01:00-a qədər işləyəcək - "Qarabağ"a görə

22 Fevral 2024 08:30 Gündəm 424
Bu gün metro saat 01:00-a qədər işləyəcək - "Qarabağ"a görə

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ”ın "Braqa" ilə ev oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

AFFA-nın müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə “Bakı metropoliteni” QSC-nin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu