COP29

"Əsas odur" - Yaxın dostu Musanın yanına getmək haqda nələr dedi?

11 Fevral 21:45 Gündəm 1 087
"Əsas odur" - Yaxın dostu Musanın yanına getmək haqda nələr dedi?

“Bu dəqiqə hər birimiz önəmli olan Musanın İsveçdəki vəziyyətidir. Ona uğurlar arzulayıram”

“Qəbələ”nin futbolçusu Rauf Hüseynli Sportinfo.az-a açıqlamasında yaxın dostu Musa Qurbanlı ilə bağlı sualı cavablandırıb.

“Yurqarden”in şərəfini qoruyan Musa “Qarabağ”dan tanıdığı iki futbolçu ilə sıx dostluq münasibətinə sahibdir. Bunlar Rauf Hüseynli ilə Elvin Cəfərquliyevdir.

Üçlük sosial şəbəkə hesablarında mütəmadi zarafatlar edir, xarici ölkələrdəki istirahətlərini birlikdə keçirirlər.

Maraqlıdır, Qurbanlı qardaş qədər yaxın bildiyi dostlarını İsveçdə oynamağa səsləyirmi? Onlar üçün yol açmaq planı var?

“Qəbələ”nin “5 nömrə”sini dinləyək:

“Heyətdə möhkəmlənsin, qollar vursun. Fevralın sonu onlarda yeni mövsüm start götürəcək.

İnşallah, yeni çempionatda Musa sərgiləyəcəyi məhsuldarlıqla hamımızı sevindirər. Açığı, karyeramı İsveçdə davam etdirmək barədə söhbətimiz olmayıb.

Bu dəqiqə əsas Musadır. Oynasın, uğur qazansın, bu, mənə bəsdir.

Əlbəttə, hər bir futbolçunun arzusu xarici çempionatda çıxış etməkdir. Musa Azərbaycandakı məhsuldarlığını “Yurqarden”də göstərsə, bu, tək mənim üçün yox, Azərbaycan bazarı üçün də yaxşı olar”.

Ötən ilin yayından İsveç təmsilçisinin uğurları üçün tər tökən 21 yaşlı hücumçu bütün yarışlarda şans qazandığı 17 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"