Noyabrın 9-da gözlənilən hava şəraiti - 27° isti olacaq

9 Noyabr 2023 08:00 Gündəm 563
Noyabrın 9-da gözlənilən hava şəraiti - 27° isti olacaq

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Gecə və səhər bəzi rayonlarda duman müşahidə ediləcək.

Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti