“İlin sonuna orta aylıq əməkhaqqındakı artımı biləcəyik”

4 Noyabr 2023 15:30 Gündəm 442
“İlin sonuna orta aylıq əməkhaqqındakı artımı biləcəyik”

“İlin sonuna orta aylıq əməkhaqqının məbləğində nə qədər artım olacağını biləcəyik.

Orta aylıq əməkhaqqının məbləği nə qədər artacaqsa, növbəti illərdə əmək pensiyalarının indeksiyası işlərinə keçiləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Nazir bildirib ki, yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsi məsələsi Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlayıb:

“Noyabr ayının 1-dək 600 milyon manat, son bir həftə ərzində də təxminən əlavə 200 milyon manat yerləşdirilib.

Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarlarında yerləşdirilir. Bu da eyni zamanda kapital bazarlarının inkişaf üçün dəstək tədbiri deməkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti