COP29

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI YAYIM

21 Sentyabr 2023 12:30 Gündəm 532
Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI YAYIM

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçərək Yevlax şəhəri istiqamətinə doğru hərəkət edib.

Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, sentyabrın 20-si Xankəndidəki qanunsuz rejim ağ bayraq qaldıraraq təslim olub. Belə ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Qarabağın erməni sakinlərinin nümayəndə heyətini Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Görüş Yevlax Şəhər İcra Hakimiyyətində baş tutur.





Digər Xəbərlər
Xəbər Lenti