Məşhur azərbaycanlı idman adamı Ərdoğanı dəstəkləmək üçün Türkiyəyə getdi - FOTOLAR

28 May 2023 12:20 Gündəm 6 198
Məşhur azərbaycanlı idman adamı Ərdoğanı dəstəkləmək üçün Türkiyəyə getdi - FOTOLAR

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda veriləcək.

Prezident postu uğrunda 2 namizəd mübarizə aparır.

Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğludur.

Seçki Ankara vaxtı ilə 17:00-da başa çatacaq. Mayın 14-ü keçirilən ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.

Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayev seçkilərdə Rəcəb Tayyib Ərdoğana dəstək olmaq məqsədilə Türkiyəyə yollanıb.

Doqquzqat dünya, üçqat Avropa çempionu bu barədə Sportinfo.az-a açıqlama verib:”

İki gündür buradayam. AKP-nın Ankara şöbəsinin seçki qərargahındayam.

Türkiyəyə səfərimdə məqsəd ürəyimdə olan türk sevgisidir, Ərdoğan sevgisidir. Bu, bizim üçün mühüm hadisədir.

Bilirdim ki, türksevərlər, millətsevərlər məni gözləyir. Seçkiləri yaxından izləməklə yanaşı, Ərdoğana dəstək olmağı özümə borc sayıram.

Yəqin məlumatınız var, bir neçə il öncə Bakıda Ərdoğana görə 100 qurban kəsmişdim.

Daha sonra bu aksiyaları davam etdirdim. İndi də Ankarada 200-cü qurbanı kəsdirəcəm.

Cənab Ərdoğan Azərbaycanın yaxın dostudur. Onun xidmətləri böyükdür. Əminəm ki, bu seçkiləri o, qazanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti