“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qazaxıstandan CAR üzərində 5:1

2 May 2023 16:20 Gündəm 490
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qazaxıstandan CAR üzərində 5:1

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Qazaxıstan və CAR yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Ukraynanı minimal fərqlə üstələyən Qazaxıstan seçməsi bu dəfə daha böyükhesablı qələbəyə sevinib. I turda Fransaya 0:11 hesabı ilə uduzan Afrika təmsilçisi isə turnirdəki ikinci matçında 1:5 hesabı ilə məğlub olub.

Günün ilk iki görüşündə Ukrayna Türkiyəni 3:2, Gürcüstan isə İtaliyanı 4:2 hesabı ilə məğlub edib.

Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Türkiyə - Fransa matçı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti