Gürcülər İtaliyaya qalib gəldi - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirindən FOTOREPORTAJ

2 May 2023 14:40 Gündəm 625
Gürcülər İtaliyaya qalib gəldi - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirindən FOTOREPORTAJ

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib.

Gürcüstanlılar Nikoloz Koplatadzenin (7, 38) dublu, həmçinin Giorgi Ekseulidze (32) və İrakli Gvetadzenin (38) qolları sayəsində 4:2 hesablı qələbə qazanıblar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan (9) və Sabino Sole (18) fərqləniblər.

Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.

Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə - Fransa görüşləri

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti