Fransa və Çexiyanın minifutbol üzrə milliləri bu gün Azərbaycana gəlib.
Hər iki komanda beynəlxalq turnirdə iştirak etmək üçün səhər saatlarında özünü bura yetirib.
Problem onda idi ki, onları daşıyan təyyarə dünən Hava Limanına eniş edə bilməyib.
«Hava gəmisi» 1,5 saat Bakı səmasında dövrə vursa da, küləyin sürəti uçuşun başa çatmasına imkan verməyib.
Belədə təyyarə Gürcüstana - Tbilisiyə səmt alıb. Lakin burada da eyni problemlə üzləşiblər. Pilotlar «göy nəqliyyatı»nı qonşu ölkədən Türkiyəyə Ərzuruma aparıb və nəhayət, enişi uğurla gerçəkləşdirib.
Qardaş ölkədə bir neçə saat qalan hər iki komanda elə həmin təyyarə ilə Bakıya istiqamət alıb və artıq şəhərin mərkəzində yerləşən otellərin birində yerləşdirilib.
Bu gün start götürəcək və mayın 6-dək Bakıda davam edəcək yarışda 8 komanda mübarizə aparacaq.
Elşad Quliyevin çalışdırdığı Azərbaycan millisi A qrupunda Çexiya (1 may), İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb.
SPORTİNFO.AZ

