Sözünü "Neftçi"nin baş məşqçisinə söylədi: "Gəlmisənsə, nəticə verməlisən" - VİDEO

1 May 2023 10:40 Gündəm 1 397
Sözünü "Neftçi"nin baş məşqçisinə söylədi: "Gəlmisənsə, nəticə verməlisən" - VİDEO

«Bu sözlərim əsasən Lorentsiu Regekampfa, qismən də Ayxan Abbasova aiddir.

İndi hər yerdə məşqçilər qarşısında tələblər böyüyüb».

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində klubların hədəflərindən söz açıb. Bildirib ki, müasir futbolda hər şey nəticəyə bağlıdır:

«Avropada bir məşqçiyə verilən müddət 12-14 aydır. Qarşıya qoyulan məqsədi yerinə yetirə bilmirsə, təzyiqlər başlayır, istefaya göndərilir.

Klubun rəhbəri də, azarkeşi də işlərin pis getməsindən narahat olur. Gəlmisənsə, nəticə verməlisən».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti