Bakı səmasında 1,5 saat dövrə vurdu, Tbilisidə eniş etmədi, Türkiyəyə uçdu - TƏCİLİ!

30 Aprel 2023 23:40 Gündəm 1 849
Bakı səmasında 1,5 saat dövrə vurdu, Tbilisidə eniş etmədi, Türkiyəyə uçdu - TƏCİLİ!

Az öncə xəbər verdiyimiz kimi, minifutbol üzrə beynəlxalq turnirdə iştirak etmək üçün Azərbaycana gəlməli olan Çexiya komandanı Bakıya gətirməli olan təyyarə Hava Limanına eniş edə bilməyib.

«Hava gəmisi» 1,5 saat Bakı səmasında dövrə vursa da, küləyin sürəti uçuşun başa çatmasına imkan verməyib.

Belədə təyyarə Gürcüstana - Tbilisiyə səmt alıb. Lakin onlar burada da eyni problemlə üzləşib. Pilotlar «göy nəqliyyatı»nı qonşu ölkədən Türkiyəyə Ərzuruma aparıb və nəhayət, enişi uğurla gerçəkləşdirib.

Çexiya millisinin Bakıya nə vaxt və necə səfər edəcəyi hələ məlum deyil.

Mayın 1-dən 6-dək Bakıda davam edəcək yarışda 8 komanda mübarizə aparacaq.

Elşad Quliyevin çalışdırdığı Azərbaycan millisi A qrupunda Çexiya (1 may), İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti