“Qalatasaray”ın rəhbər şəxsi "Sportinfo"ya açıqladı: SOCAR klubun sponsoru olacaqmı?

28 Aprel 2023 11:20 Gündəm 1 173
“Qalatasaray”ın rəhbər şəxsi "Sportinfo"ya açıqladı: SOCAR klubun sponsoru olacaqmı?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə klubunun sponsoru ola bilər.

SOCAR-ın sponsorluq edəcəyi klubun “Qalatasaray” olduğu deyilir. Bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

Məlumata görə, “cim-bom”un ev oyunlarını keçirdiyi Ali Sami Yen adına stadion SOCAR-ın adını daşıyacaq.

Bundan başqa, komandanın formasının ön hissəsində şirkətin adı yazılacaq. SOCAR-ın İstanbul klubuna bir ulduz futbolçunun transfer xərclərini qarşılayacağı da deyilir.

Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir. Anlaşma baş tutsa, “Qalatasaray” illik 20-25 milyon avro gəlir əldə edəcək.

Başqa sözlə, qardaş ölkə mediasında SOCAR-ın İstanbul nəhənginə sponsoru ola biləcəyi ilə xəbərlər gündəmə "bomba" kimi düşüb. Lakin bu informasiyalar heç bir həqiqəti əks elətdirmir.

Belə ki, "Qalatasaray"ın İdarə Heyətinin üzvü, avzərbaycanlı iş adamı Emin İmanov "Sportinfo TV"nin tanınmış teleaparıcısı Elçin Cəfərovla söhbətində bunun tamamilə uydurma bir xəbər olduğunu bildirib:

"Dünən bu xəbəri yazan Məsut Yıldırım mənə zəng edərək, belə bir məsələnin olub-olmadığını soruşdu. Mən isə sponsorluq söhbətinin heç müzakirə mövzusu belə olmadığını diqqətə çatdıraraq, dezinformasiya olduğunu bildirdim.

Belə bir yalanı yazmamasını xahiş etdim. Bu gün isə o, xəbəri tirajlayıb.

Tanıdıqlarım zəng edərək, "xeyirli olsun" diləklərini bildirirlər. İnformasiyanı yalanlamaqdan yoruldum artıq (gülür).

Son dəfə deyirəm, SOCAR-la sponsorluq mövzusunda danışıqlar aparmamışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti