“Səbail” 8 nəfərlə qaldı, “Qəbələ” finalda “Neftçi”nin rəqibi oldu

27 Aprel 2023 21:56 Gündəm 1 122
“Səbail” 8 nəfərlə qaldı, “Qəbələ” finalda “Neftçi”nin rəqibi oldu

Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki,yarımfinal mərhələsinin cavab oyununda Bakıda "Səbail"ə 1:0 hesabı ilə qalib gələn "Qəbələ" həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada yeganə qolu 49-cu dəqiqədə İsnik Alimi vurub. Albaniyalı yarımmüdafiəçi komanda yoldaşı Emin Səfərova qarşı cərimə meydançasındakı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirib.

On bir metrlik cərimə zərbəsinə səbəb olan "dənizçilər"in müdafiəçisi Vüqar Həsənov isə ikinci sarı vərəqə ilə meydandan qovulub.

Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Bakı klubu meydanda 9 nəfərlə qalıb. Bu dəfə Qustavo de Fransa qırmızı vərəqə ilə cəzalandırılıb.

Cəmi 2 dəqiqə sonra isə "Səbail"in müdafiəçisi Adil Nağıyev ikinci rəsmi xəbərdarlığı alaraq meydanı tərk edib.

Beləliklə, Qəbələdəki ilk oyunda 3:2 hesabı ilə qalib gələn əyalət təmsilçisi iki görüşün nəticəsinə əsasən finalda "Neftçi"yə rəqib olub. Həlledici qarşılaşma iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

27 aprel

20:00. "Səbail" - "Qəbələ" 0:1

Qol: İsnik Alimi, 49 (pen)
İlk oyun - 2:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASCO Arena".

"Səbail": 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Striyak
Baş məşqçi: Elmar Baxşıyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti