İrəvandakı AÇ-da medal qazandılar, Prezidentin dəvəti ilə Bakıya gəldilər - FOTOLAR

27 Aprel 2023 19:20 Gündəm 624
İrəvandakı AÇ-da medal qazandılar, Prezidentin dəvəti ilə Bakıya gəldilər - FOTOLAR

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıya gəliblər.

Sportinfo.az xəbər verir ki, idmançılarla birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.

Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı.

Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı.

Fotolar: Pərvin Zeynal














Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti