Gələn ay Azərbaycanda əfv gözlənilir - 1700 müraciətə baxılıb

27 Aprel 2023 12:50 Gündəm 494
Gələn ay Azərbaycanda əfv gözlənilir - 1700 müraciətə baxılıb

27 apreldə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Bu barədə “qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb.

O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti