Ermənistanda məktəblər türk və Azərbaycan dilini tədris etmək istəyir

21 Aprel 2023 07:20 Gündəm 801
Ermənistanda məktəblər türk və Azərbaycan dilini tədris etmək istəyir

Ermənistanda 400-ə yaxın məktəb region ölkələrinin dillərinin tədrisinə maraq göstərib.

Bu barədə məlumatı ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan açıqlayıb.

Onun sözlərinə görə, məktəblər ən çox türk dilinin tədrisi ilə maraqlanır: “Hələlik türk, Azərbaycan, fars və gürcü dili üzrə bu sayda müəllim tapmaq çətindir. Ən çox kadr çatışmazlığı isə gürcü dili ilə bağlı yaşanır”.

Andreasyan xatırladıb ki, məktəblər qonşu ölkələrin dillərini könüllü əsaslarla öz proqramlarına daxil edə bilərlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti