Naxçıvan Futbol Federasiyasının və «Araz Naxçıvan»ın prezidenti Vüqar Abbasov Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi ilə bir araya gəlib.
Görüşdə Muxtar Respublikanın futbol həyatı və klubun fəaliyyəti barədə geniş müzakirələr aparılıb.
Yerli iş adamı gördükləri işlər və gələcək planları ilə bağlı PFL mənsublarına məlumatlar verib.
O, «Araz Naxçıvan»ı Premyer Liqada görmək istədiklərini bildirib. Vüqar Abbasov AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirmək gücündə olduqlarını deyib.
Qeyd edib ki, klub elitaya buraxılarsa, maliyyə məsələlərində heç bir problem yaşamayacaqlar.
Prezident bundan irəli gələn işləri həll eləyəcəyini, ona məxsus holdinqin bütün məsuliyyəti üzərinə götürəcəyini vurğulayıb.
SPORTİNFO.AZ

