Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, bu gün ilk oyun keçirilib.
Həm Premyer Liqa, həm də ölkə kubokundan avrokuboklara vəsiqə şansını davam etdirən “Qəbələ” çempionatın autsayderi “Səbail”i qəbul edib.
Baş məşqçi Şahin Diniyev əsasən ehtiyat qüvvəyə şans verməsinə baxmayaraq, “Səbail” gözlənilmədən birinci hissədə ardıcıl iki qol vurub.
Əvvəlcə 9-cu dəqiqədə İlkin Muradov hesabı açıb. 21-ci dəqiqədə Emil Martinov fərqi iki topa çatdırıb.
Buna baxmayaraq, meydan sahibləri geridönüş etməyi bacarıblar. Braziliyalı yarımmüdafiəçi Rafael Utziq 34 və 66-cı dəqiqələrdə fərqlənərək, status-kvonu bərpa edib.
74-cü dəqiqədə isə onun həmyerlisi Felipe Santos “qırmızı-qaralar”a 3:2 hesablı qələbə qazandıran qola imza atıb.
Bu komandalar arasında cavab matçı aprelin 27-də keçiriləcək.
Aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.
"Qəbələ" –" Səbail" 3:2
Qollar: Rafael Utziq, 34; 66. Felipe Santos, 74 – İlkin Muradov, 9. Emil Martinov, 21.
Qəbələ şəhər stadionu
"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
"Səbail": 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.

