Respublika stadionunda imtahan keçiriləcək? – GÜNÜN SÖZ-SÖHBƏTİ

18 Aprel 2023 09:00 Gündəm 488
Respublika stadionunda imtahan keçiriləcək? – GÜNÜN SÖZ-SÖHBƏTİ

Son günlər sosial şəbəkələrdə, o cümlədən də teleqram kanallarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) adında sui-istifadə faktı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, akademiyanın müəllimləri və peşəkar idman ustaları tərəfindən V ixtisas qrupuna aid olan idman istiqaməti üzrə qabiliyyət imtahanı üçün fiziki hazırlıq üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda “sınaq imtahanı” təşkil olunacağı barədə yalan informasiya yayılıb.

Vüsət Əizov adlı şəxsin paylaşdığı elanda Akademiya müəllimlərinin adından istifadə edib.

Akademiya bununla bağlı açıqlama yayıb. Bildirilib ki, həmin şəxsin akademiya ilə, ümumiyyətlə idmanla heç bir əlaqəsi yoxdur:

“Paylaşdığı elan da saxtadır. Abituriyentləri və valideynləri bu tipli elanlar vasitəsilə aldanmamağa və işbazların toruna düşməməyə çağırırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti