Premyer Liqaya gəlmək istəyən klub növbəti problemlə üzləşdi – VAR yoxdur, icarəyə götür

17 Aprel 2023 14:40 Gündəm 1 267
Premyer Liqaya gəlmək istəyən klub növbəti problemlə üzləşdi – VAR yoxdur, icarəyə götür

I Divizionda çempionluq vəzifəsinin öhdəsindən vaxtından əvvəl gələn «Araz Naxçıvan» buna doyunca sevinə bilmir.

Premyer Liqa səhnəsində görünmək istəyən Muxtar Respublika təmsilçisi AFFA və Peşəkar Futbol Liqası ilə apardığı danışıqlarda daha bir problemlə üzləşib.

Məsələnin məğzini açaq. İş ondadır ki,bölgə komandası elitada mübarizə apararsa, hər ev oyunu «CBC Sport»la canlı yayımlanmalıdır.

Bunun üçün VAR sisteminin orada quraşdırılması mütləqdir. Gəl ki, təşkilatçı qurumun ixtiyarındakı texniki avadanlığın sayı məhduddur.

Bilindiyi kimi, Naxçıvan uzun illərdir blokada vəziyyətindədir. Regionla gediş-gəliş hələlik 2 marşrut üzrə mümkündür. Biri birbaşa hava nəqliyyatı ilə, digəri də Gürcüstan ərazisindən tranzit kimi istifadə etməklə.

PFL VAR avandanlığı il təhciz olunmuş nəqliyyat vasitəsini Naxçıvana göndərə bilməyəcək. «Araz Naxçıvan»a bununla bağlı artıq xəbərdarlıq olunub.

Çıxış yolu? AFFA Türkiyədən olan həmkarları ilə danışıqlar aparacaq.

Razılıq əldə edilsə, Türkiyə Futbol Federasiyasına məxsus VAR aparaturası icarəyə götürüləcək. Və təbii ki, onun xərcini də bölgə klubu ödəməli olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti