İrəvandan qayıdan komandamız coşqu ilə qarşılandı – VİDEO+FOTOLAR

15 Aprel 2023 22:20 Gündəm 572
İrəvandan qayıdan komandamız coşqu ilə qarşılandı – VİDEO+FOTOLAR

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb.

Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

Sportinfo.az "qafqazinfo"ya istinadən həmin coşqulu anları təqdim edir:









Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti