“Azərbaycan Qarabağ ətrafında dairəni daraltmaqda davam edəcək”.
Bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” parlament fraksiyasının katibi Tiqran Abramyan danışıb.
“Ümumiyyətlə, Azərbaycanın hərəkətlərinin məqsədi nədir - Qarabağ ətrafında çevrəni o qədər daraltmaq ki, Azərbaycanın gözlədiyi tələblərin ödənilməsi bir neçə günün işi olsun”, - deyə Tiqran Abramyan bildirib.
Revanşist siyasətçinin sözlərinə görə, İrəvan Azərbaycanın müəyyən etdiyi yol xəritəsini həyata keçirməsinə mane olmalıdır, çünki son mərhələdə alternativ olmayacaq.
“Əks halda gələcəkdə müqavimət resursları tamamilə tükənəcək”, - deyə Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

