Rövnəq Abdullayevin AFFA-nın prezidenti postundan ayrılacağı tarix məlum olub.
2008-ci ildən federasiyaya rəhbərlik edən SOCAR-ın sabiq şefi gələn ilin martınadək bura ilə vidalaşacaq.
O, AFFA mənsublarını bununla bağlı məlumatlandırıb.
Abdullayevin dördüncü müddətə seçildiyi prezidentlik dönəminin başa çatmasına cəmi 1 il qalıb.
Ötən ilin əvvəlində SOCAR-ın başından gedən Rövnəq bəyin, əslində bu ayın əvvəlində AFFA ilə vidalaşması gözlənilirdi.
Yalnız son anda planlar dəyişdi, onun burada qalması məsləhət bilindi. Abdullayev federasiya rəsmiləri ilə söhbətində qarşıdakı 1 il ərzində futbola daha çox vaxt ayıracağını və islahatların aparılmasına köməklik göstərəcəyini söyləyib.
SPORTİNFO.AZ

