Gözlənilən xəbər gəldi - Müharibədə vəziyyət balanslaşdı

26 Mart 2023 04:00 Gündəm 2 122
Gözlənilən xəbər gəldi - Müharibədə vəziyyət balanslaşdı

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy Rusiyanın aylardır ələ keçirməyə çalışdığı Ukraynanın Baxmut şəhərində müharibənin “balanslaşdırıldığını” açıqlayıb.

Valeri Zalujnıy qeyd edib ki, Ukrayna qüvvələrinin böyük səyi Rusiyanın şəhəri ələ keçirməsinə mane olub.

"Ukrayna cəbhələrinin Baxmut istiqamətində ən çətin vəziyyət hökm sürür, müdafiə qüvvələrinin nəhəng gücü sayəsində biz vəziyyəti tarazlaşdırmağa nail oluruq", - general Zalujnı deyib.

O, Ukraynanın müharibədə dəyişən roluna və əks-hücuma keçməsinə işarə edib.

641ee3a44e3fe02c14b6003c.jpg (106 KB)

Britaniya Müdafiə Nazirliyi də Rusiyanın Ukraynanın şərqindəki Baxmut şəhərinə hücumunun “əsaslı şəkildə dayandığını” açıqlayıb.

Baxmutda işğaldan əvvəl 70.000-ə yaxın insan yaşayırdı, indi isə bir neçə min nəfər qalıb. Baxmut döyüşü Rusiyanın Ukraynadakı müharibəsinin ən uzun və ən qanlı döyüşüdür. Bu yaxınlarda Qərb rəsmiləri bildiriblər ki, ötən ilin yayından bəri bu şəhərdə 20-30 min rus əsgəri ölüb və ya yaralanıb.

Hərbi ekspertlər isə Baxmutun elə də böyük strateji əhəmiyyətə malik olmadığını və sadəcə şəhərin indi simvola çevrildiyini vurğulayırlar.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski bu yaxınlarda şəhər yaxınlığındakı rus qüvvələrinin “tükəndiyini” bildirib. Sirski əlavə edib ki, Rusiya “qoşun və təchizat itkisinə baxmayaraq, Baxmutu almaq ümidini itirməyib, lakin onlar əhəmiyyətli dərəcədə güc itkisinə məruz qalıblar”.

641ee3d34e3fe02c14b6003f.jpg (77 KB)

Ukrayna lideri Vladimir Zelenski də Baxmut yaxınlığındakı cəbhə xəttində olub.

Muzdlu Vaqner qrupu Rusiyanın Baxmutdakı hücumunun mərkəzindədir. Şirkətin təsisçisi Yevgeni Priqojinin qüvvələri şəhəri ələ keçirməyə çalışır, lakin Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Vaqnerlə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginliyə görə Baxmutda vəziyyət daha da pisləşir.

Digər tərəfdən, Baxmut bölgəsindən gələn son xəbərlərdən sonra Rusiyanın Ukraynanın şərqindəki Donbass bölgəsinə hücumları gücləndirdiyi bildirilir.

Britaniya Müdafiə Nazirliyi iddia edib ki, Moskva diqqətini Baxmutun cənubundakı Avdiivka şəhərinə və şəhərin şimalındakı Kremina-Svatove bölgəsinə yönəldib.

Digər Xəbərlər
Xəbər Lenti