Ermənistanda kompromatlar müharibəsi qızışdı

26 Mart 2023 03:50 Gündəm 394
Ermənistanda kompromatlar müharibəsi qızışdı

Ermənistanda keçmiş səhiyyə naziri Arsen Torosyanla bağlı sensasion cinayət işindən və İrəvan merinin müavini Gevorq Simonyanın həbsindən sonra hakim partiyadan olan komandada ciddi çaxnaşma yaranıb.

Bu barədə yerli “politik.am” saytı yazıb.

““Vətəndaş sazişi”nin deputatları çox gözəl bilir ki, cinayət işlərinin hamısı bir-biri ilə bağlı ola bilər.

Onların demək olar ki, hamısı bu müddət ərzində qanuni yolla əldə olunmayan “maliyyə tərəqqisinə” nail olublar”, - deyə yazıda qeyd olunub.

Torosyanın işlədiyi dövrlə bağlı cinayət işinin başlanmamasının özü də maraqlı görünür.

Erməni jurnalistlərinin fikrincə, keçmiş nazirin əlində elə qeydlər və faktlar var ki, Paşinyan onu həbs etməyə çalışarsa, açıqlanması ən çox baş nazirin özünü pis vəziyyətdə qoyacaq.

Yerli medianın yazdığına əsasən, bu hal Arsen Torosyanın azadlıqda qalmasının yeganə təminatı sayılır.

Mətbuat keçmiş mer Ayk Marutyana qarşı cinayət işinin dondurulmasına da diqqət çəkib. Onlara görə, Paşinyan Marutyanın onunla bağlı kompromat faktları açıqlana biləcəyindən ehtiyat edir.

“politik.am” saytının informasiyasına əsasən, hakim partiyanın üzvü olan deputatlardan biri bu yaxınlarda tanışı vasitəsilə qələmə oxşayan gizli videoregistrator alıb.

Məlumata görə, Paşinyanın komandasının bir çox üzvləri qələm, alışqan, kulon kimi gizli videoçəkiliş aparatlarına maraq göstərirlər.

Digər Xəbərlər
Xəbər Lenti