“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb”

25 Mart 2023 08:20 Gündəm 286
“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb”

“Ermənistan və Azərbaycan sülh müqaviləsi danışıqlarının bir neçə raundunda ideal olmasa da, qarşılıqlı məqbul ifadələr tapıblar”.

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, bununla belə, ilkin əhəmiyyət kəsb edən məsələlər hələ də müzakirə olunur: “Müzakirələr, fikir mübadiləsi aparılıb, bəzi güzəştli mətnlər hazırlanıb. Təəssüf ki, bu, prioritet olmayan məsələlərə aiddir. Bütün prioritet məsələlər hələ də müzakirə olunur”.

Nazir bildirib ki, danışıqlar prosesində vasitəçilik yoxdur: “Bu danışıqlar ikitərəflidir. Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir”.

Digər Xəbərlər
Xəbər Lenti