Ermənistan onları Qarabağa göndərmək istəyir

26 Mart 2023 02:10 Gündəm 897
Ermənistan onları Qarabağa göndərmək istəyir

İrəvan BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) missiyalarını Dağlıq Qarabağa və Laçın dəhlizinə göndərmək istəyir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan respublika parlamentinin müvafiq komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkə rəhbərliyi regiona beynəlxalq faktaraşdırıcı missiyalar göndərmək üçün “aktiv səylər göstərir”.

Bundan əvvəl Mirzoyan bildirib ki, İrəvan Laçın dəhlizində keçid məntəqəsinin quraşdırılması ilə bağlı Bakı ilə danışıqlar aparmır.

O, Ermənistanda bunların çoxdan başa çatdırılmış hesab edildiyini qeyd edərək, müvafiq məsələnin hüquqi tənzimlənməsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer aldığını diqqətə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti