"Qalatasaray" onu Bakıya gətirməyi lazım bilmədi – Baş ağrıları keçsə də

25 Mart 2023 00:50 Gündəm 551
"Qalatasaray" onu Bakıya gətirməyi lazım bilmədi – Baş ağrıları keçsə də

Şiddətli baş ağrılarına görə Türkiyə millisinin heyətindən kənarlaşdırılan Abdulkerim Bardakçının durumu bəlli olub.

SportİNFO.az xəbər verir ki, "Qalatasaray"ın 28 yaşlı mərkəz müdafiəçisi müalicəsini başa vurub və tam sağalıb.

Lakin təcrübəli futbolçu "Qarabağ"la yoldaşlıq görüşündə iştirak etməyəcək.

Abdulkerim komanda ilə birlikdə Bakıya gəlməyəcək. O, Türkiyə Super Liqasının 27-ci turunun "Adana Demirspor"la matçında oynaya biləcək.

"Qalatasaray" Abdulkerim Bardakçını mövsümün əvvəlində "Konyaspor"dan transfer edib.

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydan çıxdığı 22 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti