De Byazidən millimizin oyun günü TƏSİRLİ PAYLAŞIM

24 Mart 2023 20:00 Gündəm 1 217
De Byazidən millimizin oyun günü TƏSİRLİ PAYLAŞIM

Azərbaycan millisi bu axşam səfərdə Avstriyanın qonağı olacaq.

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş yığmamız üçün qrupda ilk matç kimi yadda qalacaq.

Məhz belə bir gündə komandamızın baş məşqçisi Canni de Byazi sosial şəbə hesabında paylaşım edib. İtalyan çalışdırıcının rəhbərlik etdiyi yığma ilə bağlı hansısa sözlər yazdığını təxmin etsək də, yazını oxuyanda söhbətin fərqli mövzudan getdiyini anladıq.

De Byazinin qeydləri:

“10 il əvvəl Paolo Ponzonun faciəvi ölüm xəbərini eşidəndə qəbul etmək bir qədər vaxt apardı. Bütün həyati enerjisini, həyat eşqini qaçışda ifadə edən bir gəncin, yorulmaz idmançının bizdən getməsi fikri heç kimin ağlına gəlməzdi.

O, Modena layihəsinə qoşuldu, sonra hər kəs üçün "Lombard" oldu.

Tezliklə o, liderlərdən birinə çevrilənə qədər qrupumuzda getdikcə daha vacib rol oynadı.

Səssiz lider!

Onun heç vaxt şikayət etməməsi, əksinə başqalarını bunu etməməyə, hər gün daha çox şey verməyə təşviq etməsi xoşuma gəldi.

O, ciddiliyi və alicənablığı sayəsində pərəstişkarlarının sevimlisinə çevrilmişdi. Çox danışmayan oğlan idi, amma danışanda sözləri təsir edirdi.

Fürsətdən istifadə edərək, Miçelanı və onun uşaqları Ciole, Ciordi və Covannini qucaqlayıram.

Onun vaxtından əvvəl ölümü məndə o vaxtkı kimi bu gün də dərin çaşqınlıq hissi yaratdı”.

1972-ci ildə anadan olan Paolo Ponzo 2012-ci ilə qədər İtaliyanın müxtəlif klublarında çıxış etdikdən sonra 2013-cü ildə dünyasını dəyişib.

O, 2000-ci ildən 2003-cü ilə qədər “Modena”da Canni de Byazini rəhbərliyi altında top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti