
“Qalatasaray” sabah Azərbaycana səfər edəcək.
“Qarabağ”la yoxlama görüşü üçün ölkəmizə gələcək İstanbul təmsilçisinin gecəyarısı Bakıda olacağı gözlənilir.
Hər kəsi maraqlandıran əsas məsələ “Sarı-qırmızılar”ın Bakıya hansı heyətlə gələcəyidir.
Artıq siyahı bizə məlumdur.
Belə ki, qardaş ölkə təmsilçisi ağdamlılarla oyun üçün 23 futbolçu ilə yola çıxacağı dəqiqləşib.
Onların arasında kifayət qədər məşhur simalar var.
Söhbət Mario İkardi, Fernando Muslera, Nikolo Zaniolo, Bafotime Qomes, Xuan Mata kimi ulduz oyunçulardan gedir.
“Qarabağ” - Qalatasaray” yoldaşlıq oyunu martın 26-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.
XANOĞLAN / SPORTİNFO.AZ