Biri tək çalışdı, biri oteldə qaldı – Millimizi maraqlandıran hadisə

23 Mart 2023 12:40 Gündəm 310
Biri tək çalışdı, biri oteldə qaldı – Millimizi maraqlandıran hadisə

Avstriya yığmasının daha iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunu buraxa bilər.

Sportinfo.az-ın “Laola1” nəşrinə istinadən məlumatına görə, müdafiəçi Stefan Poş və yarımmüdafiəçi Aleksander Prass hələ də oynamağa hazır deyillər.

Hər iki oyunçu millinin son məşqində kollektivdən ayrı qalıb. Prass fərdi hazırlıqla kifayətlənibsə, Poş oteldə qalıb.

Buna qədər Filip Linxart, Matias Honsak, Marko Arnautoviç və Aleksander Şlager zədə səbəbindən heyətdən kənarlaşdırılıblar. Kapitan David Alabanın da matçda iştirakı gözlənilmir.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti