.jpg)
Xəbər verdiyimiz kimi, AZAL Hava Konserni tərəfindən tikilən eyniadlı stadion satılıb.
11 il öncə istifadəyə verilən idman qurğusu artıq konsernin balansından çıxarılıb.
Alqı-satqı əməliyyatının 6 milyon manata başa gəldiyi bildirilir.
«AZAL Arena» bir neçə il idi ki, boş qalmışdı. AZAL FK və «Şüvəlan»ın dağılmasından sonra stadionun qapıları hər kəsin üzünə bağlanmışdı.
Artıq buranın hansı qurumun tabeçiliyinə keçməsi də bizə məlumdur. Gənclər və İdman Nazirliyi (GİN) “AZAL Arena”nı öz mülkiyyətinə daxil edib.
GİN-in nümayəndələri Şüvəlanda olub, kompleksin son vəziyyətini baxışdan keçirib, burada görülməsi gərəkən işlərlə bağlı raport hazırlayıb.
SPORTİNFO.AZ