Müharibə xofu Ermənistanı boşaldır

22 Mart 2023 20:10 Gündəm 1 975
Müharibə xofu Ermənistanı boşaldır

Azərbaycan vəTürkiyə ilə sülh sazişlərini ləngitməklə Ermənistan şübhəsiz ki, ən böyük pisliyi öz xalqına edir.

Ən azı ona görə ki, dünya okeanına çıxışdan məhrum bir ölkənin sərhədləri qapalı, özü blokadada qaldıqca əmək qabiliyyətli erməni əhalinin sabaha ümidsizliyi də davam edir, işsizlik, yoxsulluq artır.

Sıravi erməni yekun etibarilə çıxış yolunu ölkəni tərk eləməkdə, ayağı ilə “sıs vermək”də görür.

Paşinyan hökuməti özünü 5 ildir antikorrupsiyaçı hakim qüvvə kimi qələmə verməyə çalışa da, gerçək belədir ki, 44 günlük müharibədən sonra Ermənistandan köç səngiyib eləməyib. Əksinə, sürətlənib. Hər necə olmasa, normal insan və onun ailəsi üçün 1 nömrəli məsələ iqtisadi dolanışıqla, qazanclı iş yerləri ilə və təhlükəsiz həyat şəraiti ilə bağlıdır. Bu da iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə əlaqələr normallaşmadan qeyri-mümkün görünür. Normallaşmanın “yol xəritəsi”, düsturu isə çoxdan bəlli...

*****

İqtisadçı və maliyyəçi Andrey Movçan haqlı olaraq hesab edir ki, Türkiyə və Azərbaycanla əlaqələr qurmadan Ermənistanın iqtisadiyyatı heç vaxt normal inkişaf edə bilməyəcək.

Bu barədə o, erməni mediasına açıqlamasında deyib.

“İqtisadiyyatın inkişafı üçün nə qədər sərt səslənsə də, Ermənistan Türkiyə və Azərbaycanla sabit münasibətlər qurmalıdır.

İki böyük qonşu ilə əlaqələr formalaşmadan Ermənistan normal ticari artıma və öz iqtisadiyyatının dünya ticarətinə inteqrasiyasını nail ola bilməyəcək”, - deyə o xəbərdarlıq edib.

II Qarabağ Müharibəsi niyə BAŞLADI…

“Mən qətiyyən Ermənistana bunu necə etməyi, yaxud bundan ötrü nəyi qurban verməyi öyrətmək istəmirəm. Amma fikrimcə, tamamilə aydındır ki, münasibətlər sabitləşməlidir, əks halda, iqtisadi inkişaf olmayacaq”, - iqtisadçı əminliyini ifadə edib.

Digər tərəfdən, onun fikrincə, Ermənistan inkişaf etmiş dünyaya qarşı güclü müxalifətdə olan ölkələrdən öz asılılığının çox ehtiyatlı, lakin ardıcıl şəkildə azaltmaq barədə düşünməlidir. “İlk növbədə söhbət İran və Rusiyadan gedir - nə qədər çətin olsa belə” - ekspert sözünü tamamlayıb...

*****

“Ermənistan əhalisinin artımını təmin etmək üçün qarşıda ciddi vəzifə durur, çünki 1 milyon insan Ermənistandan mühacirət edə bilər”.

Bunu isə yerli jurnalistlərlə görüşündə “Gələcək erməni” İnkişaf Fondunun əhalinin artımı üzrə ekspert komitəsinin rəhbəri, “Orran” xeyriyyə təşkilatının rəhbəri Armine Ovannisyan bildirib.

Onun sözlərinə görə, bu halda ölkə əhalisi cəmi 2 milyon nəfər olacaq. Ovanniayan qeyd edib ki, Ermənistandan yüz minlərlə insan mühacirət edir və Suriya və ya İraqdan immiqrasiya dövründə bu ölkələrdən gələnləri saxlamaq mümkün olmayıb.

“Belə bir problemin necə həll olunacağını başa düşmək vacibdir. Bundan əlavə, anaları, o cümlədən subay qadınları 3-4 uşaq dünyaya gətirməyə necə təşviq etmək olar? Ümid edirəm ki, İrəvanda keçiriləcək Ümumerməni Vətəndaş Assambleyası çərçivəsində konfrans zamanı biz lazımi yanaşmalar ortaya qoya biləcəyik”, - erməni demoqraf vurğulayıb və əlavə edib ki, bu təşəbbüs özündə təhlükəsizlik, səhiyyə, iqtisadiyyat və təhsil məsələlərini ehtiva edir.

Yada salaq ki, 2018-ci ildə hakimiyyətə təzəcə gələn Nikol Paşinyan bəh-bəhlə “2050-ci il” strategiyasını elan eləmişdi. Həmin populist strategiya 2050-dək Ermənistan əhalisini 5 milyona çatdırmağı, 1,5 milyon yeni iş yeri yaratmağı, yoxsulluğu aradan qaldırmağı, orta əmək haqqını 7 dəfə artırmağı, orta ömür müddətini 90 yaşa çatdırmağı, hətta Ermənistan ordusunu dünyanın ən döyüşkən 20 ordusundan biri eləməyi nəzərdə tuturdu.

İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərinin  təhlili - LAWELS

Artıq üstündən 4 ilə yaxın vaxt keçib, amma ortada pozitiv heç nə yoxdur. Xüsusən demoqrafik göstəricilər xeyli pisləşib. Ölkədə yeni köç dalğası başlayıb və böyüyür. Bu isə həm də orduya çağırışçı probleminin daha da kəskinləşməsi deməkdir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra erməni qadınlarının silahlı qüvvələrə cəlbi yönündə rəsmi təbliğat-təşviqat işi güclənib, ordu ilə bağlı qanunlara müvafiq düzəlişlər edilib.

*****

Armenianreport.com saytının baş məqaləsində bu xüsusda kinayəli şəkildə bildirilir: “5 milyon nəfər, Nikol Vovaeviç? 2050-ci ilədək biz ölkədə iki milyondan da az olacağıq! Bu da ən yaxşı halda. Axı 5 milyon sayı xəyal etmək kifayət deyil, gərək bundan ötrü konkret işlər görəsən. Təhlükəsizlik, səhiyyə, iqtisadiyyat, təhsil kimi məsələləri həll etmədən doğum səviyyəsinin artmasına nail olmaq mümkünsüzdür. Bu sahələrdə isə bizim böyük problemlərimiz var. Paşinyanın strategiyasını eşidənlərin çoxu yəqin ki, 2050-ci ilə qədər heç yaşamayacaq. Onda ümumiyyətlə Paşinyan və onun vədləri yada düşməyəcək. Ümid edək ki, heç olmasa Ermənistan qalacaq...”

O da qalmaya bilər. Çünki mənfur qonşulara gerçəkdən düşmən gərək deyil, ermənilərin özlərinə hələ də müdrik rəhbər seçə bilməməsi kifayətdir. Əgər Nikol Paşinyan onların ən müdriki, ən ağıllısıdırsa, başqa şərhə yer qalmır...

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"