“Yeni gün”də doğulan məşhurlar kimlərdir? - FOTOLAR

22 Mart 2023 14:20 Gündəm 333
“Yeni gün”də doğulan məşhurlar kimlərdir? - FOTOLAR

Azərbaycanda Novruz bayramı qeyd edilir.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Sportinfo.az xəbər verir ki, doğum günü 21 marta təsadüf edən məşhurlar da var.

Bu gündə doğulan həmin məşhurları təqdim edirik:

Ronaldinyo - futbolçu

Məşhur futbolçusu 1980-ci ildə Braziliyada doğulub.

Adının mənası portuqal dilindən tərcümədə "Kiçik Ronaldo" deməkdir. Bunun səbəbi isə onun hələ kiçik yaşlarında "İnter-Milan"da oynayan Ronaldoya duyduğu heyranlığı olub.

Orxan Fikrətoğlu - jurnalist, Əməkdar incəsənət xadimi

O, 1966-cı ildə Bakıda anadan olub. O, həm yazıçı, rejissor, həm də ssenaristdir.

Bu ildən isə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti vəzifəsini icra edir. Ötən ilin yayından «Şamaxı»FK-nın İdarə Heyətində yer alır.

Sergey Lavrov - Rusiyanın xarici şlər naziri

O, 1950-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub.

Rübabə Muradova - Azərbaycan müğənnisi

Mərhum sənətkar 1933-cü ildə Ərdəbil şəhərində anadan olub. Azərbaycan SSR Xalq artisti cəmi 50 il yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti