Lənkəranda yeni və iddialı klub yaradılır – SON DƏQİQƏ

28 Fevral 2023 13:00 Gündəm 1 903
Lənkəranda yeni və iddialı klub yaradılır – SON DƏQİQƏ

Lənkəranda yeni futbol klubunun yaradılımasına qərar verilib.

Bununla bağlı redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, bu təşəbbüs nazirliklərdən birində yüksək vəzifə tutan şəxsdən gəlib. Həmin mənsəb sahibinin kimliyi hələlik açıqlanmır.

Ancaq bildirilir ki, o, Lənkəran şəhər İcra Hakimiyyəti və bir qrup yerli iş adamıyla bununla bağlı məşvərət keçirib.

Bu toplantıda Lənkəranın təmsilçisi olacaq klubun qısa müddətdə formalaşdırılması yönündə görüləcək işlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Komandanın I Divizion və Premyer Liqaya vəsiqə qazanmaq perspektivi müzakirə olunub, Yaxın 3 ili əhatə edən inkişaf strategiyası hazırlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti