"Qarabağ"ın Belçika səfəri Türkiyədə gündəm oldu - Bu səbəbdən - FOTO

26 Fevral 2023 23:00 Gündəm 1 521
"Qarabağ"ın Belçika səfəri Türkiyədə gündəm oldu - Bu səbəbdən - FOTO

“Qarabağ” Belçika səfərindən məğlub qayıtdı. Evdə 1:0 məğlub etdiyi “Gent”in qonağı olan komandamız oyunun əsas vaxtdına eyni hesabla uduzunca qalib penaltilər seriyasında müəyyənləşdi.

Burada daha yaxşı çıxış edən meydan sahibləri 5:3 qalib gələrək növbəti mərhələyə yüksəldi.

Təmsilçimizin Konfrans Liqasında mübarizəni başa vurması həmin gecə kefimizə soğan doğarasa da, eynimizi açan məqamlar da diqqətdən qaçmamalıdır.

Belə ki, çox sayda azərbaycanlının cəm olduğu qonaq tribunsı 90 dəqiqə Qurban Qurbanovun yetirmələrinə dəstək göstərdi.

Onlar hər nə qədər gərgin qarşılaşmaya köklənsələr də, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ qurbanlarını da unutmadılar.

Matçın gedişində tərəfdarların açdığı böyük pankart isə qısa müddətdə sosial şəbəkələrdə alqış qazandı.

Qaldırılan böyük Azərbaycan və Türkiyə bayraqlarının fonunda pankarta bu sözlər yazılmışdı – “Qardaşlarımız üşüyərsə, biz donarıq”.

“Qarabağ” azarkeşlərinin addımı qardaş ölkədə də xoş qarşılanıb. Türkiyəli futbol fanatları və böyük futbol səhifələri buna görə öz sosial şəbəkə hesablarından çox saylı təşəkkür postları paylaşıblar:

"Çox kral hərəkətdi. Pis günümüzdə yanımızda olan qardaşlarımız var".

"Ay sizə mən qurban olum. Sözdə yox, əməldə qardaşsınız".

"Sizləri cani gönüldən sevirik. Yaşasın Azərbaycan".

"Sizi sevməyən ölsün. Adanadan sayğılarla".

"Maşallah qardaşlarıma".

"Aslan qardaşlarımız. Bu adamlar bəzi türklərdən daha böyük türkdür".

"Var ol, can Azərbaycan".

"Halal olsun, qardaşlarıma. Sizi çox sevirik. Nə mutlu, türküm deyənə".

"Sizin səsiniz bizi daha da gücləndirir. Var olun! Siz var var olduqca bizim belimiz yerə dəyməz".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti