“Səbail” Premyer Liqanın 24-cü turunu bir xalla başa vurdu.
Doğma meydanda “Qəbələ”ni qəbul edən paytaxt klubu 2:2 hesablı bərabərliyə razılaşdı.
Qarşılaşma həm də ciddi hakim səhvi ilə yadda qalıb.
Belə ki, meydan sahiblərinin ikinci qolundan əvvəl “Qəbələ” nin hücumu zamanı cərimə meydançasına ötürülən topun qarşısın Bayıl klubun müdafiəçisi Maksim Çex açıq-aşkar əllə kəssə də hakimin fiti susdu.
Davamında isə əks-hücuma keçən Şahin Diniyevin yetirmələri 2-ci qolu bölgə klubunun qapısından keçirdi.
Matç başa çatandan sonra oyunun hakimi Cavid Cəlilovla bağlı yayılan foto yeni söz-söhbətlərə səbəb olub.
Onun “Səbail” formasında rəsmi qısa müddətdə sosial şəbəkə seqmentində geniş yayılıb.
Əksəriyyəti düşündürən sual isə eyni olub – Olmuya, Cəlilov formasını geyindiyi, könül bağladığı paytaxt klubuna bilərəkdən dəstək olub?
XANOĞLAN / SPORTİNFO.AZ

